...

Gürcüstan ABŞ-ın daha bir lobbi şirkəti ilə müqavilə bağlayıb

Siyasət Materials 9 Mart 2010 11:48 (UTC +04:00)
Gürcüstan hökuməti bu ilin yanvarında Vaşinqtondakı ən nüfuzlu lobbi firmalarından biri olan "Podesta Group" ilə altıaylıq müqavilə bağlayıb.
Gürcüstan ABŞ-ın daha bir lobbi şirkəti ilə müqavilə bağlayıb

Gürcüstan, Tbilisi, 9 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan hökuməti bu ilin yanvarında Vaşinqtondakı ən nüfuzlu lobbi firmalarından biri olan "Podesta Group" ilə altıaylıq müqavilə bağlayıb.

Gürcüstan KİV-in məlumatına görə, dəyəri 300 min ABŞ dolları olan müqaviləyə əsasən, lobbi firması ABŞ Konqresində və icra hakimiyyətlərində Gürcüstan hakimiyyətinin xeyrinə lobbiçilik göstərmək, KİV ilə bağlı servisləri təmin etmək barədə öhdəlik götürür. Firma tərəfindən ABŞ-ın Ədliyyə Departamentinə təqdim olunan sənədə görə, o, həmçinin, Gürcüstanın hakimiyyət nümayəndələrinin ABŞ Konqresi və icra hakimiyyətlərinin üzvləri ilə görüşlərini təşkil edəcək.

"Podesta Group" 1988-ci ildə Toni və Con Podesta qardaşları tərəfindən təsis edilib. Bu gün Toni Podesta Vaşinqtonda ən nüfuzlu lobbiçilərdən biri sayılır; onun qardaşı Con Podesta isə Barak Obamanın keçici administrasiyasının (seçildiyi vaxtdan inauqurasiyaya kimi) həmsədri olub.

Həmçinin, yanvarda Gürcüstan hökuməti keçmiş konqresmen demokrat Riçard Gefhartın lobbi firması ilə 436 800 dollar məbləğində illik müqavilə imzalayıb. Gürcüstan hakimiyyəti adından hər iki müqaviləni ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Eka Tkeşelaşvili imzalayıb.

Xəbər lenti

Xəbər lenti