...

Azərbaycanın XİN rəhbəri NATO PA-nın Siyasi Komitəsinin sədrini qəbul edib

Siyasət Materials 9 Mart 2010 19:14 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədr müavini, NATO Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Karl Lamersi qəbul edib.
Azərbaycanın XİN rəhbəri NATO PA-nın Siyasi Komitəsinin sədrini qəbul edib

Azərbaycan, Bakı, 9 mart / Trend /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədr müavini, NATO Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Karl Lamersi qəbul edib.

Görüş zamanı Azərbaycanla Almaniya arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Habelə, alman parlamentarinin marağını nəzərə alaraq, nazir Məmmədyarov ölkəmizin regiondakı rolu, Avropa-Avroatlantik institutları ilə əməkdaşlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar prosesi barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti