...

İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

Siyasət Materials 13 Mart 2010 21:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə başsağlığı verib.
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə başsağlığı verib. Bu barədə şənbə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti