...

Avropa İttifaqının genişlənmə üzrə komissarının Azərbaycana səfərinin ilkin tarixi dəqiqləşdirilib

Siyasət Materials 19 Mart 2010 11:53 (UTC +04:00)
İlkin məlumata əsasən, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Stefan Füle Cənubi Qafqaz ölkələrinə rəsmi səfəri çərçivəsində aprelin 9-u Azərbaycana rəsmi səfər edəcək. Bu barədə diplomatik mənbə Trend News-a bildirib.
Avropa İttifaqının genişlənmə üzrə komissarının Azərbaycana səfərinin ilkin tarixi dəqiqləşdirilib

Azərbaycan, Bakı, 19 mart / Trend , müxir E.Ostapenko/

İlkin məlumata əsasən, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Stefan Füle Cənubi Qafqaz ölkələrinə rəsmi səfəri çərçivəsində aprelin 9-u Azərbaycana rəsmi səfər edəcək. Bu barədə diplomatik mənbə Trend -a bildirib.

Bu, Fülenin genişlənmə üzrə Avropa komissarı rolunda Azərbaycana ilk səfəridir.

Səfər zamanı Avropa komissarının Azərbaycanın rəsmi şəxsləri ilə görüşü planlaşdırılır. Səfərdə Cənubi Qafqaz və Avropa İttifaqına dair ikitərəfli məsələlər, həmçinin, Aİ-nın "Şərq tərəfdaşlığı" proqramının perspektivləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti