...

Azərbaycan vəTürkiyə hərbçiləri birgə təlimlər keçəcəklər

Siyasət Materials 31 Mart 2010 10:42 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend News-a verilən məlumata görə, əməkdaşlıq planına əsasən, aprelin 5-dən 9-dək İzmirdə iki ölkə arasında mina və minadanqorunma tədbirləri üzrə təcrübə mübadiləsi, yeni istehkam vasitələrinin və texnologiyalarının müzakirəsi aparılacaq.
Azərbaycan vəTürkiyə hərbçiləri birgə təlimlər keçəcəklər

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Zərbalıyeva/

AzərbaycanTürkiyə hərbçiləri birgə təlimlər keçəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, əməkdaşlıq planına əsasən, aprelin 5-dən 9-dək İzmirdə iki ölkə arasında mina və minadanqorunma tədbirləri üzrə təcrübə mübadiləsi və yeni istehkam vasitələrinin və texnologiyalarının müzakirəsi aparılacaq.

Aprelin 6-dan 8-dək isə İzmirdə EGEY Ordu Komandanlığı tərəfindən Maddi Texniki Təminat üzrə təlim keçiriləcək.

Həmçinin, hərbçilər tibbi xidmət sahəsində də təlimlərə cəlb olunacaq.

Azərbaycan - Türkiyə ikitərəfli əməkdaşlıq planına hərbçilərimiz böyrəkköçürmə əməliyyatının üsulu, əməliyyatdan əvvəl və sonrakı dövrün təhlil edilməsi (ümumi cərrahiyyə), endoskopik fundoplikasiya kursu (qastroenterologiya - mədə-bağırsaq), diz artoskopiya cərrahiyyəsi, ayaq və topuğun cərrahiyyəsi və uroloji sistoskopiya kurslarında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti