Azərbaycan, Bakı, 26 aprel /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa Qafqaz İdarəsinin rəisi Roland Qalaraqı qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər Fransa-Azərbaycan münasibətlərinin cari vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar, regionda və ölkəmizdə gerçəkləşdirilən layihələr və bu layihələrdə Fransanın iştirakı məsələsi, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı Proqramı" çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.