...

Tbilisiyə mer seçkilərində Gigi Uqulavanın liderliyi davam edir

Siyasət Materials 31 May 2010 15:24 (UTC +04:00)
774 seçki məntəqəsindən 281-də səslərin sayılmasından sonra, seçkilərdə fəaliyyətdə olan mer Gigi Uqulava liderlik edir. Bu haqda Gürcüstan Mərkəzi Seçki Komitəsi məlumat verir.
Tbilisiyə mer seçkilərində Gigi Uqulavanın liderliyi davam edir

Gürcüstan, Tbilisi, 31 may /Trend, müxbir N.Kirsxaliya/

774 seçki məntəqəsindən 281-də səslərin sayılmasından sonra, seçkilərdə fəaliyyətdə olan mer Gigi Uqulava liderlik edir. Bu haqda Gürcüstan Mərkəzi Seçki Komitəsi məlumat verir.

Hakimiyyət başında olan Vahid Milli Hərəkatın namizədi Gigi Uqulava 54,01% səs toplayıb. Onun dalınca gəlirlər: "Gürcüstan üçün alyans"ın lideri İrakli Alasaniya - 18,46 %; Xristian-Demokrat Hərəkatının namizədi Giya Çanturiya - 11,46%; Milli Şuranın namizədi Zviad Dzidziquri - 9,01%; sənayeçilərin namizədi Gogi Topadze - 5,41%; "Həmrəylik" hərəkatının namizədi Tamaz Vaşadze - 0,63%; "Xalq demokratları"nın namizədi Nika İvanişvili - 0,5%; "Demokratik Partiya"nın namizədi David Yakobidze - 0,18% və "Gələcəyin Partiyası"nın namizədi Georgi Lagidze - 0,15%.

Tbilisidə seçkilərdə əhalinin 40 faizi iştirak edib.

Xəbər lenti

Xəbər lenti