...

ATƏT və Bakı şəhər İcra Hakimiyyəti parlament seçkilərinə hazırlıq məsələlərini müzakirə edib

Siyasət Materials 4 İyun 2010 18:02 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel cümə günü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələləri və bununla əlaqədar BŞİH-in üzərinə düşən işlərə dair fikir mübadiləsi aparıb.
ATƏT və Bakı şəhər İcra Hakimiyyəti parlament seçkilərinə hazırlıq məsələlərini müzakirə edib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel cümə günü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələləri və bununla əlaqədar BŞİH-in üzərinə düşən işlərə dair fikir mübadiləsi aparıb. Bu barədə Trend-ə ATƏT-in Bakı ofisindən bildiriblər.

Azərbaycanda parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır. Azərbaycan Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş siyahıya əsasən, ölkədə daimi yaşayan seçicilərin sayı 4 829 min təşkil edir.

Görüş zamanı Cankorel bu məsələlərlə bağlı ATƏT-in Bakı ofisinin Bakı şəhər İcra Hakimiyyəti ilə hər zaman əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti