...

Azərbaycanın müdafiə naziri NATO ölkələri müdafiə nazirlərinin iclasında iştirak edəcək

Siyasət Materials 9 İyun 2010 18:09 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev çərşənbə günü Brüsselə yollanıb. O, burada NATO-nun Əfqanıstan və Kosovoda sülhməramlı əməliyyatlarında iştirak edən ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.
Azərbaycanın müdafiə naziri NATO ölkələri müdafiə nazirlərinin iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir K.Zərbəliyeva/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev çərşənbə günü Brüsselə yollanıb. O, burada NATO-nun Əfqanıstan və Kosovoda sülhməramlı əməliyyatlarında iştirak edən ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də çərçivə sənədi olan "Sülh naminə tərəfdaşlıq" proqramının imzalanması ilə qoyulub. Azərbaycan bu proqramın iştirakçısı olan ATƏT-ə 27 üzv dövlət arasında birincilərdən olub.

1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Bu sənəd qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edir. Hazırda Azərbaycan bu proqrama uyğun olaraq onun üzərinə düşən 50-yə yaxın tərəfdaş vəzifəsini yerinə yetirir.

2005-ci il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə NATO arasında fərdi əməkdaşlığa dair fəaliyyət planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Hazırda əməkdaşlıq planın ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Azərbaycan sülhməramlı əməliyyatlarda 1999-cu ilin sentyabrından iştirak edir. Azərbaycan hərbçiləri beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda, İraqda sülhməramlı fəaliyyət həyata keçiriblər. Hazırda Azərbaycan sülhməramlıları Əfqanıstanda fəaliyyət göstərirlər.

Xəbər lenti

Xəbər lenti