...

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilib

Siyasət Materials 12 İyun 2010 15:54 (UTC +04:00)
Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə akademiya rəisinin müavini, polkovnik İsmayıl Bağırov məruzə ilə çıxış edərək, bugünün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndiril­mə­sində, Azərbaycanın kökü qədimlərə gedən dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqının israrlı tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi oldu.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilib.

Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə akademiya rəisinin müavini, polkovnik İsmayıl Bağırov məruzə ilə çıxış edərək, bugünün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndiril­mə­sində, Azərbaycanın kökü qədimlərə gedən dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqının israrlı tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi oldu.

Məhz həmin gündən Azərbaycanın başı üzərini almış qara buludlar dağılmağa, respublikamız işıqlı sabaha doğru inamla addımlamağa başladı. Xalqımızda bu inamı yaradan "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən ulu öndər Heydər Əliyevin titanik səyləri, əzmi və iradəsi sayəsində siyasi və iqtisadi böhran məngənəsində boğulan Azərbaycan düşdüyü bu ağır vəziyyətdən qurtula bildi. Heydər Əliyevin misilsiz və ölcüyəgəlməz fəaliyyəti nəticəsində, ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ulu öndər Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı, onu beynəlxalq aləmdə nüfuz sahibi etdi. Qədirbilən Azərbaycan xalqı öz böyük oğlunu sevir və onun xatirəsini daim əziz tutur. Nə qədər ki müstəqil Azərbaycan var, Heydər Əliyev də var, olacaq. Azərbaycanın müstəqilliyi isə, ümummilli liderin sözləri ilə desək, "əbədi, daimi və dönməzdir".

Bu gün biz Heydər Əliyevin cismani yoxluğu ilə barışmağa məcbur olsaq da, onun ideyalarının ölməzliyi, əsasını qoyduğu azərbaycançılıq siyasi kursunun davam və inkişaf etdirilməsi ilə təsəlli tapırıq. Artıq milli qurtuluşunu əldə etmiş Azərbaycan Respublikası 17 ildir inamla inkişaf edir, yeni-yeni uğurlara doğru irəliləyir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur.

Ümummilli lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda, tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində, ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş və stabil ölkə kimi respublikamızın nüfuzu durmadan artır. Ermənistan artıq Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər beynəlxalq qurumlar tərəfindən işğalçı ölkə kimi tanınır, Azərbaycan regionda lider dövlətə çevrilib. Bütün bunlar, Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilən bu siyasət Heydər Əliyev yolunun təntənəsidir.

Natiq çıxışında dövlətin təhlükəsizliyi keşiyində dayanmağı özünə şərəfli borc bilən gəncləri, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alan kursantları və dinləyiciləri Heydər Əliyev ənənələrinə daim sadiq olmağa, ulu öndərin siyasi irsini dərindən öyrənməyə və doğma xalqını onun kimi sevməyə, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısını, gənc nəslə bəslədiyi yüksək etimadı və inamı doğrultmaq üçün var qüvvə ilə çalışmağa, seçdikləri peşənin sirlərinə mükəmməl yiyələnməyə çağırıb.

Tədbirdə digər çıxış edənlər Azərbaycanın bugününün və gələcəyinin təməli olan 15 İyun - Milli Qurtuluş Gününün tarixi məqamlarına nəzər salmış, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə, onun şəxsi heyətinə, eləcə də ulu öndərin şərəfli adını daşıyan akademiyada təhsil alan kursantlara, milli təhlükəsizliyin gələcək keşikçilərinə bəslədiyi inam və etimadından danışan natiqlər əmin etmişlər ki, onlar Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaq, Vətənin müstəqilliyini və suverenliyini göz bəbəyitək qoruyacaq, Ali Baş Komandanın ətrafında sıx birləşəcək, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə səylərini əsirgəməyəcəklər.

Təbdirin sonunda yığıncaq iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər.

Xəbər lenti

Xəbər lenti