...

Çexiya Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tərəfdarıdı - səfir Radek Matula (FOTO)

Siyasət Materials 13 İyun 2010 02:40 (UTC +04:00)
“Mənim mövqeyim Çexiya respublikasının rəsmi mövqeyidir. Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıyıq. O cümlədən Beynəlxalq hüquq prinsipləri əsasında işləyən Minsk qrupunun fəaliyyətini də dəstəkləyirik.
Çexiya Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tərəfdarıdı - səfir Radek Matula (FOTO)

Azərbaycan, Tovuz, 13 iyun  /Trend, müxb. V. Məmmədov/

"Mənim mövqeyim Çexiya respublikasının rəsmi mövqeyidir. Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıyıq. O cümlədən Beynəlxalq hüquq prinsipləri əsasında işləyən Minsk qrupunun fəaliyyətini də dəstəkləyirik. Biz Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq miqyasda taninan sərhədlərin toxunulmazlığının tərəfdarıyıq", - Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matula şənbə günü Tovuz rayonuna səfəri zamanı deyib.

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula şənbə günü Tovuz rayonuna səfər edib.

Səfər zamanı Çexiyalı diplomat bildirib ki, onun ölkəsi Dağlıq Qarabaq münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.

Diplomata ilk olaraq Azərbaycan xəritəsi haqda məlumat verildi. Səfirə, son iki əsr müddətində Azərbaycanın ərazisinin hissə - hissə, zorla ayrılaraq Ermənista birləşdirilməsini əks etdirən lövhə göstərilib.

Daha sonra rayonun şəhidlər xiyabanı ziyarət edilib.

Səfər çərçivəsində Radek Matula Tovuz rayonu icra hakimiyyəti başçısı Tofiq Zeynalovla görüşüb. Səfirə rayonun coğrafi mövqeyi, strateji əhəmiyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verildi. İcra başçısı Çexiya iş adamlarını qəbul etməyə hazır olduqlarını bildirib. Tofiq Zeynalov rayonda iş adamları üçün hər bir şəraitin yaradıldığını qeyd etdi. Səfir isə öz növbəsində bildirib ki,  Azərbaycan onun ölkəsində Dağlıq Qarabağ münaqişəsi ilə tanınsa da, fəaliyyəti dövründə ölkəni sabit və iqtisadi cəhətdən inkişaf etmiş məkan kimi tanıyır.

"İqtisadi əlaqələrə gəlincə mənə elə gəlir ki belə səfərlərlə bizim iş adamlarımıza yardımçı ola biləcəyik. Əlbəttə iş adamlarının təkcə Bakı ilə deyil Azərbaycanın bölgələri ilə əməkdaşlığı da çox faydalıdır. Gələcəkdə rayonun istehsal müəssələri ilə bizim iş adamlarımızın müəyyən texnologiya sahəsində əməkdaşlığı alına bilər" çexiyalı diplomat bildirdi.

Millət vəkili Qənirə Paşayeva isə Çexiyanın ölkəmizdəki səfirinin Tovuza səfərinin çox əhəmiyyətli olduğunu bildirdi.
"Çexiya Avropanın ən önəmli ölkələrindən biridir. O, həm Natonun həm də Avropa Birliyinin üzvü olaraq Azərbaycanı həmişə dəstəkləyən ölkələrdəndir. Ona görə də Çexiya səfirinin regiona gəlməsi, Tovuzla yaxından tanış olması vacib məsələlərdəndir. Çexiyalı diplomat səfəri çərçivəsində Azərbaycanın Ermənistanla sərhəd bölgələri ilə yaxından tanış oldu və o ölkənin silahlı qüvvələrinin hansı dəhşətlər törətdiyini yerində gördü", - deyə millət vəkili bildirdi.

Gorüşdən sonra Heydər Əliyev muzeyinə baxış keçirildi.

Çexiyalı diplomatın səfəri Tovuzun Ermənistanla həmsərhəd Əlibəyli və Ağdam kəndlərinə baş çəkməsi ilə davam edib. Əlibəyli kəndinə gələn səfirə Ermənistan silahlı qüvvələrinin tərəfindən atəşə tutulması nəticəsində  yararsız hala düşən yaşayış evi və məktəb binası göstərilib. Diplomata bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez - tez pozulması nəticəsində kənd sakinlərinin normal həyat fəaliyyəti pozulur, onlar əkin biçinlə məşğul ola bilmirlər.

Səfir atışma zamanı yaralanan kənd sakinlərlə söhbət edərək onların üzləşdikləri dözülməz şərait barədə ətraflı məlumatlandırılıb. Daha sonra Ağdam kəndinə baş çəkilib. Millət vəkili Qənirə Paşayeva səfirə kəndin ermənilər tərəfindən dağıdılan qəbiristanlığı barədə məlumat verib. Bildirilib ki, qəbiristanlıq mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə tutulur. Nəticədə isə kənd sakinləri əzizlərinin məzarlarına baş çəkə bilmirlər.

Səfər çərçivəsində səfir və millət vəkili Qənirə Paşayeva Tovuzda yerləşən N saylı hərbi hissədə oldular və əsgərlərlə görüşüb onlara hədiyyələr təqdim etdilər.

Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matula həmçinin Tovuzda fəaliyyət göstərən istehsal müəssələri ilə də tanış oldu.

Xəbər lenti

Xəbər lenti