...

Azərbaycan Prezidenti Monteneqronun dövlət başçısını təbrik edib

Siyasət Materials 12 İyul 2010 19:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun milli bayramı münasibətilə Prezident Filip Vuyanoviçə təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti Monteneqronun dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun milli bayramı münasibətilə Prezident Filip Vuyanoviçə təbrik məktubu göndərib. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Monteneqro Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında təşəkkül tapmış münasibətlər dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir", - məktubda deyilir.

İlham Əliyev Filip Vuyanoviçə möhkəm cansağlığı, işlərində uğurlar, Monteneqro xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti