...

Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfər edəcək (YENİLƏNİB)

Siyasət Materials 19 İyul 2010 18:19 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun ilk ongünlüyündə türkiyəli həmkarı Əhməd Davudoğlunun dəvəti ilə Türkiyəyə işgüzar səfər edəcək.
Azərbaycanın xarici işlər naziri Türkiyəyə işgüzar səfər edəcək (YENİLƏNİB)

RED. əlav.: səfərin tarixi dəqiqləşdirilib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun ilk ongünlüyündə türkiyəli həmkarı Əhməd Davudoğlunun dəvəti ilə Türkiyəyə işgüzar səfər edəcək. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov bildirib.

Görüşün avqustun 6-8-də Bodrumda baş tutacağı planlaşdırılır. Məmmədyarovun səfəri zamanı türkiyəli həmkarı Davudoğlu ilə görüş keçirəcəyi və bəzi ikitərəfli, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.

Azərbaycan XİN rəhbəri ilə Bodruma eyni vaxtda Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan xarici işlər nazirlərinin gələcəyi gözlənilir. Bu barədə Türkiyənin "Vatan" qəzetinin saytı yazıb.

Xəbər lenti

Xəbər lenti