...

Azərbaycanın müxalifət partiyaları məsləhətləşmələri davam etdirəcək

Siyasət Materials 20 İyul 2010 10:43 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə məsləhətləşmələri davam etdirəcək.

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə məsləhətləşmələri davam etdirəcək. Trend-in Müsavat Partiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar partiya Divanının keçirilən iclasında verilib.

Divan seçkilərdə əməkdaşlıq mövzusunda AXCP ilə başlanmış məsləhətləşmələr barədə məlumatı dinləyib və bu məsləhətləşmələrin davam etdirilməsi haqqında qərar qəbul edib. Eyni zamanda qeyd edilib ki, Müsavat Partiyası bunaqədərki müddətdə digər qüvvələrlə aparılan məsləhətləşmələrdə əldə edilən öhdəliklərinə sadiq qalacaq.

Yığıncaqda kütləvi aksiyalarla bağlı məsələ də müzakirə edilib. Növbəti mitinqin iyul ayının 31-də - digər müxalifət qüvvələri ilə eyni zamanda və eyni məkanda keçirilməsi məqsədəuyğun hesab edilib və bunun üçün səylərin davam etdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti