...

Müasir dünyada "regional münaqişə" anlayışı yoxdur – Sosialist İnternasionalının rəhbəri (FOTO)

Siyasət Materials 30 İyul 2010 17:00 (UTC +04:00)
Müasir qloballaşmış dünyada münaqişələri regional təsnifata bölmək mümkün deyil, belə ki, hətta münaqişənin coğrafi regionla bağlılığı olduqda belə, onu çoxlu proseslər müşayiət edir və çoxsaylı iştirakçılar cəlb olunur.
Müasir dünyada "regional münaqişə" anlayışı yoxdur – Sosialist İnternasionalının rəhbəri (FOTO)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Y.Ostapenko/

Müasir qloballaşmış dünyada münaqişələri regional təsnifata bölmək mümkün deyil, belə ki, hətta münaqişənin coğrafi regionla bağlılığı olduqda belə, onu çoxlu proseslər müşayiət edir və çoxsaylı iştirakçılar cəlb olunur. Bu barədə Sosialist İnternasionalının baş katibi Luis Ayala cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat regionun əksər münaqişələrinə, o cümlədən Dağlıq Qarabağ məsələsinə böyük diqqət yetirir.

Sosialist İnternasionalının rəhbəri, çilili Luis Ayala Azərbaycanda iyulun 29-dan avqustun 1-dək səfərdədir. Səfərin məqsədi oktyabrda Bakıda keçiriləcək Sosialist İnternasionalının Şərqi Avropa, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə komitəsinin iclasına hazırlıqdır.

Bu, Sosialist İnternasionalı rəhbərinin Bakıya artıq ikinci səfəridir. İlk səfər 2007-ci ildə olub. Ayalanın sözlərinə görə, hazırkı səfəri zamanı Bakıda və ümumilikdə ölkədə baş verən inkişafın şahidi olub. Sosialist İnternasionalının baş katibi cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Ayalanın fikrincə, Sosialist İnternasionalı bütün tərəflərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqları alqışlayır, belə ki, məhz burada demokratiyanın mahiyyəti var.

"Sözsüz ki, biz yalnız bir tərəflə dialoq aparmaqla, münaqişə tərəfləri arasında razılığın əldə edilməsinə nail olmaqda irəliləyə hərəkət edə bilmərik", - Ayala qeyd edib.

Ayalanın sözlərinə görə, Sosialist İnternasionalı çərçivəsində ilin sonunadək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ikinci danışıqlar raundunun keçirilməsi planlaşdırılıb. Regionun bütün siyasi partiyaları və QHT-lərinin iştirakı ilə ilk belə görüş bu ilin əvvəlində keçirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Sosialist İnternasionalı Daglq Qarabağ münaqişəsi ilə bağlı qaçqınların vəziyyəti və Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi insidentlərin təhlükəsindən narahatdır", - Ayala qeyd edib.

Ümumi əlverişli sülh razılaşmasına nail olmaq üzrə irəliyə hərəkət etmək üçün beynəlxalq ictimaiyyətin, müşahidəçilərin iri həcmdə cəlb edilməsi və daha dinamik başlanğıc lazımdır. Sosialist İnternasionalının rəhbəri belə hesab edir.

"Yol xəritəsi" adlandırılan bir şey lazımdır ki, harada olduğumuzu və hara hərəkət etdiyimizi görək", - o deyib və Sosialist İnternasionalının buna hazır olduğunu qeyd edib.

"Biz istəyirik ki, bu münaqişə üzündən çətin vəziyyətə düşənlər onların halına yananların və onları dəstəkləməyə hazır olanların mövcudluğuna inansınlar", - Ayala qeyd edib.

Sosialist İnternasionalı sosial-demokrat yönümlü beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, 1951-ci ildə təsis edilib və hazırda dünyanın 125-dən çox ölkəsindən 150 partiyanı birləşdirir. Baş proqram sənədi kimi, ədalət, azadlıq və həmrəyliyi prioritet dəyərlər hesab edən Stokholm Bəyannaməsinin prinsipləri hesab olunur.

Xəbər lenti

Xəbər lenti