...

Azərbaycanın müxalifət partiyası 45 dairə üzrə namizədlərinin siyahısını müəyyənləşdirib

Siyasət Materials 24 Avqust 2010 17:31 (UTC +04:00)
Azərbaycanın müxalif Müasir Müsavat Partiyası (MMP) 45 dairə üzrə namizədlərinin siyahısını müəyyənləşdirib.
Azərbaycanın müxalifət partiyası 45 dairə üzrə namizədlərinin siyahısını müəyyənləşdirib

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müasir Müsavat Partiyası (MMP) 45 dairə üzrə namizədlərinin siyahısını müəyyənləşdirib. Bu barədə çərşənbə axşamı Trend-ə MMP-nin mətbuat xidmətindən məlumat veriblər.

Partiya idarə heyətinin çərşənbə axşamı keçirilən iclası zamanı partiyanın 45 seçki dairəsindən irəli sürülməsi nəzərdə tutulan namizədlərinin siyahısı nəzərdən keçirilib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

İclasda partiyanın təşkilat şöbəsinin nümayəndələri bildiriblər ki, siyahı seçkiyə start verilənə qədər arta bilər.

Müasir Müsavat Partiyası 2000-ci ildə təsis edilib, 2002-ci ildə dövlət qeydiyyatından keçib. 2008-ci ildə keçirilən prezident seçkisində partiya sədri Hafiz Hacıyev 0,65 faiz səs toplayıb. Müasir Müsavat Partiyası özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Xəbər lenti

Xəbər lenti