...

Təcavüzkar pislənməyincə, Azərbaycan nə KTMT-yə, nə də NATO-ya qoşulmaq fikrindədir

Siyasət Materials 25 Avqust 2010 11:55 (UTC +04:00)
Azərbaycan Ermənistanı təcavüzkar kimi pisləməyincə, nə NATO-ya, nə də KTMT-yə daxil olmaq fikrində deyil. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü jurnalistlərə bildirib.
Təcavüzkar pislənməyincə, Azərbaycan nə KTMT-yə, nə də NATO-ya qoşulmaq fikrindədir

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M.Əliyev/

Ermənistan təcavüzkar kimi pislənməyincə, Azərbaycan nə NATO-ya, nə də KTMT-yə daxil olmaq fikrindədir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan KTMT-yə qoşulmamaqla Ermənistan kimi işğalçı bir dövlətlə bir arada olmaqdan imtina edib. "Nə qədər ki Ermənistan işğalçı siyasətdən imtina etməyib və KTMT-də bu işğalçı siyasət ifşa olunmayıb, Azərbaycan bu təşkilatda iştirak etməyin mənasını görmür".

Şöbə müdirinin sözlərinə görə,"Azərbaycanın maraqlarına cavab verməyincə, biz nə KTMT-yə, nə NATO-ya qoşulmaq fikrində deyilik".

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 1992-ci ildə bəzi MDB dövlətləri tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılan hərbi-siyasi ittifaqdır. Təşkilata Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan daxildir.

Xəbər lenti

Xəbər lenti