...

Azərbaycanın müxalifət blokuna daha bir partiya qoşulub

Siyasət Materials 27 Avqust 2010 16:29 (UTC +04:00)
Azərbaycanın müxalif Liberal (ALP) və Vətəndaş və İnkişaf (VİP) partiyalarının birgə yaratdıqları seçki blokuna Yaşıllar Partiyası da qoşulub.
Azərbaycanın müxalifət blokuna daha bir partiya qoşulub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Liberal (ALP) və Vətəndaş və İnkişaf (VİP) partiyalarının birgə yaratdıqları seçki blokuna Yaşıllar Partiyası da qoşulub. Bu barədə cümə günü Trend-ə VİP sədri Əli Əliyev bildirib.

"Bu gün Yaşıllar Partiyasının sədri Mais Güləliyev ilə görüşümüz olub. Güləliyev bizə yaratdığımız seçki blokuna qoşulmaq barədə təklifini bildirib. Bu təklif bizim tərəfimizdən müsbət qarşılanıb", - Əliyev əlavə edib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

VİP sədrinin sözlərinə görə, sabah Yaşıllar Partiyasının məşvərəti keçiriləcək və bloka qoşulma məsələsi müzakirə olunacaq.

"Mais Güləliyev 22 saylı seçki dairəsindən bizim blok tərəfindən namizədliyinin irəli sürülməsi barədə istəyini bildirib. Bu təklif də bizim tərəfimizdən qəbul olunub. Bizim namizəd siyahımızda 22 saylı seçki dairəsindən irəsi sürəcəyimiz namizəd Mais Güləliyev olacaq", - Əliyev deyib.

Azərbaycanın müxalif Liberal (ALP) və Vətəndaş və İnkişaf partiyaları (VİP) birgə seçki blokunun yaradılması barədə qərar qəbul edib. Bundan öncə Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də bu bloka qoşulacaqlarını deyib.

Xəbər lenti

Xəbər lenti