...

Azərbaycan Prezidenti Fransa və Özbəkistandakı səfirliklərin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 2 Sentyabr 2010 19:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Fransa və Özbəkistandakı səfirliklərin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında sərəncam imzalayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə iki ay müddətində "Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"ni Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; bu sərəncamla yaradılan mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı lazımi tədbirlər görmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti