...

Azərbaycan Mərkəzi Seçki Komissiyası müxalifətin "Qarabağ" və "İnsan naminə" seçki bloklarını qeydə alıb

Siyasət Materials 11 Sentyabr 2010 15:36 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında müxalifətin "Qarabağ" və "İnsan naminə" seçki blokları qeydə alınıb.
Azərbaycan Mərkəzi Seçki Komissiyası müxalifətin "Qarabağ" və "İnsan naminə" seçki bloklarını qeydə alıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında müxalifətin "Qarabağ" və "İnsan naminə" seçki blokları qeydə alınıb.

MSK katibi Natiq Məmmədov öz çıxışında "Qarabağ" və "İnsan naminə" blokları haqqında məlumat verib, hər iki seçki blokunun seçki qanunvericiliyinin tələblərinə uyğun yaradıldığını deyib.

Məmmədov "Qarabağ" seçki blokunun embleminin seçki qanunvericiliyinin tələblərinə uyğun hazırlandığını da qeyd edib.

Səsvermə nəticəsində hər iki seçki blokunun qeydiyyata alınması qərara alınıb. "Qarabağ" blokunun 64, "İnsan naminə" blokunun isə 24 səlahiyyətli nümayəndəsi təsdiq olunub.

MSK sədri Məzahir Pənahov "Demokratiya", "AXCP-Müsavat" və "İslahat" seçki bloklarının da sənədlərinin Komissiya tərəfindən qəbul olunduğunu deyib.

"Qarabağ" seçki blokunda müxalif Ümid və Demokrat partiyaları, "İnsan naminə" seçki blokunda isə müxalif Liberal, Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.

Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti