Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir T.Hacıyev/
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Parlament seçkilərində iştirakla bağlı seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təhvil verib. Bu barədə bazar ertəsi Trend-ə KXCP mətbuat xidmətindən məlumat veriblər.
Məlumatda qeyd olunur ki, KXCP hələlik DUİ-yə daxil olan - Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyaları ilə birlikdə 7 noyabr 2010-cu il Parlament seçkilərində deputatlığa hələlik 73 namizəd irəli sürüb.
Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il Parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.
Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.