...

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Lənkəran rayon ərazisində maye qaz və benzin yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb

Siyasət Materials 17 Sentyabr 2010 12:54 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Lənkəran rayonu ərazisində maye qaz və benzin yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Lənkəran rayon ərazisində maye qaz və benzin yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Lənkəran rayonu ərazisində maye qaz və benzin yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin rəsmi internet-saytının cümə günü yaydığı məlumata görə, Lənkəran-Astara magistral yolunun Lənkəran rayonu Digah kəndi ərazisindən keçən hissəsində (rayon mərkəzindən 2,5 km aralı) vətəndaşa məxsus maye qaz və benzin yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.

Nəticədə, hər birinin həcmi 50 kubmetr olan 2 ədəd maye qaz çəni, yanacaqdolu 16 ton maye qaz daşıyan "Kamaz" markalı yük avtomobili, "VAZ" markalı minik avtomobili və "Belarus" markalı traktorun yanar hissələri, həmçinin, yanacaqdoldurma məntəqəsinə bitişik olan, ümumi sahəsi 60 kv.m çayxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə, "Bakcell" şirkətinə məxsus ötürücü antenanın yanar hissələri yanıb.

Hadisə zamanı yanacaqdoldurma məntəqəsində olan üç nəfər məntəqə işçisi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayış zamanı "Kamaz" markalı avtomobilin çəninin qəlpələri yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ikimərtəbəli evin dam örtüyünün 50kv.m sahəsini, ikimərtəbəli digər evin dam örtüyünün 30 kv.m sahəsini və birmərtəbəli evin dam örtüyünün 20 kv.m sahəsini dağıntılara məruz qoyub. Yaralılar xəstəxanaya aparılıb.

Həmin ərazidə yerləşən, həcmi 50 kubmetr olan 1 ədəd maye qaz çəni, həcmi 15 ton olan 1 ədəd yeraltı yanacaq çəni və yaxınlıqdakı fərdi yaşayış evləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 07:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Lənkəran paytaxt Bakıdan 270 kilometr aralıda yerləşir.

Xəbər lenti

Xəbər lenti