...

Azərbaycanda əvvəlki illərdə seçki prosesinə müdaxilə bilərəkdən olmayıb – MSK sədri Məzahir Pənahov

Siyasət Materials 20 Sentyabr 2010 12:14 (UTC +04:00)
Hər bir Azərbaycan vətəndaşının vəzifəsi ölkənin imicinə xələl gətirəcək hərəkətlərə yol verməməkdir. Bu barədə MSK sədri Məzahir Pənahov bazar ertəsi Bakıda "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyasında bildirib.
Azərbaycanda əvvəlki illərdə seçki prosesinə müdaxilə bilərəkdən olmayıb – MSK sədri Məzahir Pənahov

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Hər bir Azərbaycan vətəndaşının vəzifəsi ölkənin imicinə xələl gətirəcək hərəkətlərə yol verməməkdir. Bu barədə MSK sədri Məzahir Pənahov bazar ertəsi Bakıda "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyasında bildirib.

"Azərbaycanda bundanəvvəlki illərdə seçki prosesinə müdaxilə icra hakimiyyəti başçıları və ya dairə seki komissiyaları sədrlərinin məlumatsızlığı üzündən baş verib", - Pənahov hesab edir.

Onun sözlərinə görə, budəfəki seçkilərdə məsul şəxslər öz öhdəliklərini dəqiq bilməlidirlər.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

MSK sədri bildirib ki, Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. "Azərbaycandakı bütün dairə seçki komissiyaları bizimlə birgə beynəlxalq təşkilatlara daxil olan bir çox ölkələr üçün nümunə ola biləcək bina və avadanlıqlarla təmin olunub", - o ehtimal edir.

Pənahovun sözlərinə görə, Azərbaycanda seçici siyahıları tərtib olunub.

Qeyd edək ki, məlumat sessiyaları Prezident Administrasiyası (PA) və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı, ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə keçirilir. Məlumat sessiyalarında rayon icra hakimiyyəti başçıları və dairə seçki komissiyaları sədrlərinin seçki prosesinə qanunsuz müdaxilələrinin yolverilməzliyi müzakirə edilir.

Sentyabrın 21-də Şirvanda, sentyabrın 22-də Mingəçevirdə, sentyabrın 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eynimövzulu məlumat sessiyaları təşkil olunacaq.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti