...

Azərbaycan XİN vətəndaşları xarici ölkələrə gedərkən öz təhlükəsizliklərinə təminat almağa çağırıb

Siyasət Materials 18 Oktyabr 2010 14:36 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları xarici ölkələrə viza üçün səfirliklərə müraciət edərkən öz təhlükəsizliklərinə təminat almağa çağırıb.
Azərbaycan XİN vətəndaşları xarici ölkələrə gedərkən öz təhlükəsizliklərinə təminat almağa çağırıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları xarici ölkələrə viza üçün səfirliklərə müraciət edərkən öz təhlükəsizliklərinə təminat almağa çağırıb.

"Müvafiq ölkənin səfirliyinə müraciət edən vətəndaşlar yaxşı olardı ki, səfirliklərdən təhlükəsizliklərinə təminat alsınlar", - bunu Trend-ə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətini rəhbəri Elxan Poluxov bildirib.

Üç Azərbaycan vətəndaşı - Elçin Abdullayev, Elşən Abdullayev və Elvin Aslanov oktyabrın 13-də səhər İraqın Diyalə əyalətində azərbaycanlı zəvvarların olduğu avtobusun partlaması nəticəsində xəsarət alıblar. Partlayış nəticəsində İntiqam Rüstəmov həlak olub.

Bu, İraqda azərbaycanlı zəvvarlarla bağlı baş verən ilk faciəvi hadisə deyil. Cari ilin yanvarında azərbaycanlı zəvvarları aparan avtobus İraqın Kərbəla şəhərinin yaxınlığında atəşə tutulmuşdu. Nəticədə 16 yaşlı qız həlak olmuş və daha üç nəfər xəsarət almışdı.

Poluxov hesab edir ki, İraqa səfər edənlər ilk növbədə orada onları gözləyən təhlükələri dərk etməlidirlər.

"Digər hallarda biz ölkə vətəndaşlarımıza hansısa bir suveren dövlətin ərazisinə səfər etməyi qadağan edə bilmərik" - o bildirib.

2009-cu ildən bu vaxta qədər XİN vətəndaşlara İraq, Tacikistan, Əfqanıstan Qırğızıstan və Pakistana getməməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti