...

Azərbaycanın xarici işlər naziri ABŞ maliyyə katibinin müavini Stiven Livininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 19 Oktyabr 2010 18:55 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın maliyyə katibinin müavini Stiven Livininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir, - bu barədə Azərbaycan XİN mətbuat xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur.
Azərbaycanın xarici işlər naziri ABŞ maliyyə katibinin müavini Stiven Livininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın maliyyə katibinin müavini Stiven Livininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir, - bu barədə Azərbaycan XİN mətbuat xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur. 

Görüşdə Azərbaycan-ABŞ münasibətləri, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunmuşdur. Nazir Məmmədyarov həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanıldığını qonağın nəzərinə çatdırmışdır. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Həmçinin, görüş zamanı bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti