...

Viza alınması proseduruna dəyişikliklərin edilməsi Azərbaycanın Avropa standartlarına yaxınlaşması ilə bağlıdır – Azərbaycan XİN rəhbəri

Siyasət Materials 22 Oktyabr 2010 13:53 (UTC +04:00)
Viza alınması proseduruna dəyişikliklər edilməsi Azərbaycanın Avropa standartlarına yaxınlaşması ilə əlaqədardır. Bu barədə cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda "Cənubi Qafqaz dəyişən dünyada" adlı beynəlxalq münasibətlər üzrə simpoziumun açılışında deyib.
Viza alınması proseduruna dəyişikliklərin edilməsi Azərbaycanın Avropa standartlarına yaxınlaşması ilə bağlıdır – Azərbaycan XİN rəhbəri

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir М.Əliyev/

Viza alınması proseduruna dəyişikliklər edilməsi Azərbaycanın Avropa standartlarına yaxınlaşması ilə əlaqədardır. Bu barədə cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda "Cənubi Qafqaz dəyişən dünyada" adlı beynəlxalq münasibətlər üzrə simpoziumun açılışında deyib.

Azərbaycanın səfirliyi olmayan ölkələrdən Bakıya gələn vətəndaşlar bilavasitə respublikada viza ala bilərlər.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı "Azərbaycan Prezidentinin 13 sentyabr 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasına gələn xaricilər və vətəndaşlığı olmayan şəxslərə vizaların təsdiqi ilə bağlı məsələlər barədə" 326 nömrəli fərmanına əlavələr edilməsi haqqında" fərman imzalayıb.

"Avropa standartlarına keçid prosesi bu gün Azərbaycanda bir çox sahələrdə, məsələn, təhsil sahəsində gedir. Bu prosesə ölkənin zərərli maddələrin atılması üzrə "Avro-2" standartlarına keçidi də aid etmək olar", - nazir deyib.

"Cənubi Qafqaz dəyişən dünyada" mövzusu üzrə illik simpozium oktyabrın 22-23-də Bakıda keçirilir. Onun keçirilməsində əsas məqsəd regional əlaqələr və əməkdaşlığın yaxşılaşdırılması, regional siyasət, iqtisadiyyat və beynəlxalq münasibətlərlə maraqlanan professorlar arasında əlaqələrin möhkəmləndirilməsidir.

Simpoziumda 150-dən çox xarici və yerli ekspert iştirak edir.

Müzakirə mövzuları: "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizlik problemləri - münaqişələr və münaqişədən sonrakı inkişaf", "Cənubi Qafqazda yaranan iqtisadi tendensiyalar - informasiya texnologiyaları və energetika sahəsində inkişaf", "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçki".

İkigünlük müzakirələrin yekunlarına dair saydığımız mövzular üzrə tədqiqat materiallarının təqdim ediləcəyi kitab dərc olunacaq. Nəşrlər bütün dünya üzrə elm və beyin mərkəzlərində yayılacaq.

Xəbər lenti

Xəbər lenti