...

Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri 2011-2013-cü illər üçün tədbirlər planını təsdiq ediblər

Siyasət Materials 23 Noyabr 2010 17:35 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyini Belarus istehsalı olan mallar maraqlandırıb. Bu barədə çərşənbə günü Minskdə jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri 2011-2013-cü illər üçün tədbirlər planını təsdiq ediblər

Azərbaycan Fövqəladə Hallar Nazirliyini Belarus istehsalı olan mallar maraqlandırıb. Bu barədə çərşənbə günü Minskdə jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Məlumatı BELTA yayıb.

Məsələn, qiyməti Rusiya və Qərb malları ilə müqayisədə aşağı olan xilasedicilərin kostyumu Azərbaycan FHN-in marağına səbəb olub. "Əvvəllər biz yanğınsöndürən kostyumlarını başqa ölkələrdən alırdıq. Gələcəkdə maddi-texniki bazamızı Belarus istehsalçılarının malları ilə təmin etməyi planlaşdırırıq", - nazir qeyd edib. Onun sözlərinə görə, FHN yaxın gələcəkdə neft rezervuarlarının təbəqəaltı söndürülməsi üsulunu tətbiq etməyi planlaşdırır.

Azərbaycan fövqəladə hallar nazirinin Belarusa səfəri zamanı 2006-cı il oktyabrın 17-də Minskdə imzalanmış "2011-2013-cü illər üçün Belarus və Azərbaycan Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq haqqında" sazişin həyata keçirilməsi üzrə kompleks tədbirlər planı təsdiq edilib. Heydərovun fikrincə, tədbirlər planının imzalanması iki ölkə arasında daha sıx əməkdaşlıq üçün şərait yaradacaq. O, müdavimlərin yüksək hazırlığını da qeyd edib. "Bu il Belarus FHN-in Komanda-mühəndis institutunu ilk azərbaycanlı tələbələr bitirəcək. Burada onlar ölkədə çox tələb olunan bilik və bacarıqlara yiyələnirlər", - nazir vurğulayıb.

Belarusun fövqəladə hallar naziri Ənvər Bariyev öz növbəsində qeyd edib ki, iki ölkə nazirlikləri arasında təhsil və digər sahələrdə əməkdaşlığın dərinliyinə və effektivliyinə görə misli yoxdur və bu, dostluğun nəticəsidir.

Belarus FHN-in Komanda-mühəndis institutunda 200-dən çox azərbaycanlı müdavim dərs alır. Belarus mütəxəssisləri Azərbaycan FHN-in Akademiyası yaradılan zaman kadr hazırlığı üzrə metodiki yardım da göstəriblər. Bu ölkənin gənc yanğınsöndürənlər komandası hər il Belarusda keçirilən beynəlxalq uçuşların daimi iştirakçılarıdır.

Xəbər lenti

Xəbər lenti