...

"Şərq tərəfdaşlığı" proqramının platforması üzrə Cənubi Qafqazda münaqişələrin həlli sxemi işlənib hazırlanmalıdır - ekspert

Siyasət Materials 2 Dekabr 2010 14:20 (UTC +04:00)
Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının platforması üzrə Cənubi Qafqazdakı mövcud münaqişələrin həlli sxemi işlənib hazırlanmalıdır. Konrad Adenauer Fondunun nümayəndəsi Yens Paulus (Jens Paulus) belə hesab edir.
"Şərq tərəfdaşlığı" proqramının platforması üzrə Cənubi Qafqazda münaqişələrin həlli sxemi işlənib hazırlanmalıdır - ekspert

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının platforması üzrə Cənubi Qafqazdakı mövcud münaqişələrin həlli sxemi işlənib hazırlanmalıdır. Konrad Adenauer Fondunun nümayəndəsi Yens Paulus (Jens Paulus) belə hesab edir.

Ekspert Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin qurulmasında "Şərq tərəfdaşlığı" proqramının böyük rol oynadığını hesab edir.

"Bu proqrama daxil olan bütün ölkələr islahatlar keçirməklə həqiqətən də Aİ-yə inteqrasiya olunmağa can atırlar. "Şərq tərəfdaşlığı" ölkələrə sosial bazarların inkişafını və əhalinin həyat səviyyəsini gücləndirməyə kömək edən layihədir", - Paulus cümə axşamı Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi III Cənubi Qafqaz Təhlükəsizlik Forumu çərçivəsində "Azərbaycan və Şərq tərəfdaşlığı: Regional çətinliklərin və yeni imkanların müəyyənləşdirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, "Şərq tərəfdaşlığı" həm də təhlükəsizlik və sosial müdafiə platformasıdır.

"Şərq tərəfdaşlığı" Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə əlaqələrin yaxşılaşdırılmasına yönəldilmiş Polşa-İsveç təşəbbüsüdür. Layihə çərçivəsində Aİ tərəfindən göstərilən ölkələrə 2013-cü ilədək 600 milyon avro ayrılması nəzərdə tutulub ki, bu vəsait dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə yardım göstərilməsi məqsədi daşıyır. "Şərq tərəfdaşlığı"nın təsis sammiti 2009-cu il mayın 7-də Praqada keçirilib.

O, qeyd edib ki, Konrad Adenauer Fondu artıq üçüncü ildir ki, Avropa üçün mühüm önəm kəsb edən Cənubi Qafqazda, xüsusilə Azərbaycanda fəaliyyət göstərir.

"Fondumuz bu regionun bütün strateji əhəmiyyətini anlayır və biz ümid edirik ki, hazırkı konfrans Aİ ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərini dəqiq qeyd etməyə kömək edir", - Paulus deyib.

Xəbər lenti

Xəbər lenti