Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastronu və bütün Kuba xalqını Kubanın milli bayramı - Azadlıq günü münasibətilə təbrik etdi, məlumatı AzərTAc dövlət informasiya agentliyi yaydı.
İlham Əliyev Azərbaycan ilə Kuba arasındakı dövlətlərarası münasibətlərin, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı yolunda səylərin bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyinə əminliyini bildirdi.
Azərbaycan Prezidenti Raul Kastroya möhkəm cansağlığı, işlərində uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq dilədi.