...

Sovet işğalının nəticələri xalqın yaddaşına həkk olunub – Azərbaycanın səfiri

Siyasət Materials 17 Yanvar 2011 13:43 (UTC +04:00)
20 Yanvar hadisələri Azərbaycan xalqının ürəyində yaşayır, Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı faciənin 21-ci ildönümü ərəfəsində İordaniyanın "Əl-düstur" qəzetinə verdiyi müsahibədə deyib.
Sovet işğalının nəticələri xalqın yaddaşına həkk olunub – Azərbaycanın səfiri

20 Yanvar hadisələri Azərbaycan xalqının ürəyində yaşayır, Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı faciənin 21-ci ildönümü ərəfəsində İordaniyanın "Əl-düstur" qəzetinə verdiyi müsahibədə deyib.

Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına həkk olunub, qanlı gecə haqqında acı xatirələr nəsildən nəslə ötürülür, səfir əlavə edib.

Araslının sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmağa layiq müstəqil, suveren dövlətdir.

"Azərbaycan BMT, İslam Konfransı Təşkilatı, ATƏT və s. kimi müxtəlif təşkilatların üzvüdür", - səfir deyib.

Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın müxtəlif ölkələrində öz səfirlik və diplomatik nümayəndəliklərini açıb və qonşu ölkələrlə də dostluq münasibətləri saxlamağa çalışır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu fövqəladə vəziyyət elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Sovet hərbi qulluqçularının apardığı qanlı döyüş nəticəsində 132 nəfər həlak olub, 744 nəfər ağır xəsarət alıb, dörd nəfər itkin düşüb, 400 nəfər həbs olunub.

20 yanvarda fövqəladə vəziyyət elan olunduqdan sonra daha 21 nəfər öldürülüb. Bundan əlavə, ölkənin bir sıra rayonlarında (Neftçala, Lənkəran) 26 nəfərin həyatına son qoyulub.

Xəbər lenti

Xəbər lenti