...

İlk dəfə Azərbaycan vətəndaşı AŞ baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Siyasət Materials 17 Fevral 2011 10:48 (UTC +04:00)
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan vətəndaşı Ülvi Axundlunu özünün Moldovada xüsusi nümayəndəsi, qurumun Kişinyov ofisinin rəhbəri təyin edib. Trend-in məlumatına görə, bu barədə "Azadlıq radiosu" xəbər verib.
İlk dəfə Azərbaycan vətəndaşı AŞ baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan vətəndaşı Ülvi Axundlunu özünün Moldovada xüsusi nümayəndəsi, qurumun Kişinyov ofisinin rəhbəri təyin edib. Trend-in məlumatına görə, bu barədə "Azadlıq radiosu" xəbər verib.

Axundlu AŞ strukturlarında bu cür yüksək vəzifəyə təyin edilən ilk Azərbaycan vətəndaşı olub.

34 yaşlı Axundlu 2002-2007-ci illərdə ATƏT-in Bakı ofisinin KİV siyasəti məsələləri üzrə müşaviri olub. 2007-ci ildə Strasburqda Avropa Şurası Mərkəzi Aparatına keçirilib və Kommunikasiyalar Departamentində KİV monitorinqi şöbəsinə rəhbərlik edib. 2010-cu ildən Axundlu AŞ və Aİ-nin Moldovadakı birgə layihələrinə rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti