...

ABŞ-ın Azərbaycandakı səfiri sahibkar qadınlarla görüşüb

Siyasət Materials 7 Mart 2011 20:33 (UTC +04:00)
Bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza və həyat yoldaşı Zeyno Baran respublikanın sahikar qadınları ilə Beynəlxalq Qadınlar Gününün 100 illiyi münasibətilə görüş keçiriblər.
ABŞ-ın Azərbaycandakı səfiri sahibkar qadınlarla görüşüb

Azərbaycan, Bakı, 7 mart/Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza və həyat yoldaşı Zeyno Baran respublikanın sahikar qadınları ilə Beynəlxalq Qadınlar Gününün 100 illiyi münasibətilə görüş keçiriblər.

ABŞ səfirinin sözlərinə görə, belə görüş ilk dəfədir keçirilir. O, Azərbaycanın işgüzar qadınlarının biznes əlaqələrinin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Zeyno Baranın sözlərinə görə, görüşdə Azərbaycanın 18 sahibkar qadını iştirak edib.

"Bu görüşün məqsədi Azərbaycan qadınlarının yaradıcılıq potensialından tam istifadə üsulunun müəyyənləşdirilməsi və gələcək nəsillərə yaxşı nümunənin nümayiş etdirilməsidir", - Baran qeyd edib.

Onun sözlərinə görə, hazırda qadınlar çox işləyir, az qazanırlar, buna görə i nkişaf üçün cəmiyyətdə qadınlarla kişilərin bərabərliyi çox vacibdir.

" İnanıram ki, 21-ci əsr qadın əsri olacaq", - Baran vurğulayıb.

Xəbər lenti

Xəbər lenti