Azərbaycan, Bakı, 15 mart /Trend/
Martın 15-də İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır.
Naxçıvan Beynəlxalq hava limanından İsveçrə Prezidentini muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər yola saldılar.