...

Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı Xüsusi Komissiya yaradıldı

Siyasət Materials 3 May 2011 19:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı Xüsusi Komissiya yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün aşağıdakı tərkibdə Xüsusi Komissiya yaradılsın:

Komissiyanın sədri

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

İsmət Abasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Qərib Məmmədov - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Azər Əmiraslanov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri
Rüfət Əsədov - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar-sənaye şöbəsinin müdiri

Xüsusi Komissiya Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti

Xəbər lenti