Azərbaycan, Bakı, 23 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan konstruktorları tərəfindən hazırlanan "İstiqlal" snayper tüfənginin texniki göstəricilərinin təkmilləşdirilməsi üçün Türkiyə ilə əməkdaşlıq sazişi imzalanıb. Bu barədə bazar ertəsi Trend-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, "İstiqlal" snayper tüfəngi uzaq məsafədəki hədəfləri dəqiq nişan almaq və vurmaq qabiliyyətinə malikdir. Hazırda nişanalma, vurma və atış dəqiqliyi istiqamətində işlər gedir. Artıq eskizlər də hazırdır.