...

Aleksandr Lukaşenko Azərbaycan Prezidentini "Eurovision-2011" mahnı müsabiqəsində qələbə münasibətilə təbrik edib

Siyasət Materials 24 May 2011 16:48 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan nümayəndələrinin inamlı qələbəsi münasibətilə təbrik edib, məlumatı çərşənbə axşamı Prezidentin rəsmi saytı yayıb.
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini "Eurovision-2011" mahnı müsabiqəsində qələbə münasibətilə təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan nümayəndələrinin inamlı qələbəsi münasibətilə təbrik edib, məlumatı çərşənbə axşamı Prezidentin rəsmi saytı yayıb.

"Hörmətli İlham Heydər oğlu! "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan Respublikası nümayəndələrinin inamlı qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Nigar Camal və Eldar Qasımov gözəl mahnı, məlahətli səsləri və parlaq xoreoqrafiya ilə milyonlarla Avropa tamaşaçısının qəlbini fəth etdilər. Onların çıxışı baxımlı və müasir idi, buna görə də Sizin ölkəyə layiqli uğur gətirdi.

Biz Azərbaycanı bu yaradıcılıq zirvəsinə aparan yolun nə qədər uzun və gərgin olduğunu, bu gözəl qələbənin qazanılmasına nə qədər qüvvə və əmək sərf edildiyini bilirik. Belaruslar Nigarın və Eldarın dostları və qardaşları kimi onlara səmimi qəlbdən azarkeşlik edir və onların zəfərinə ürəkdən sevinirdilər. İnanıram ki, Sizin ölkənin təcrübəsi "Eurovision" müsabiqəsinin belaruslu iştirakçıları üçün faydalı olacaq, gələn il bu müsabiqənin keçiriləcəyi qonaqpərvər Azərbaycan torpağı isə Belarusa da çoxdan gözlənilən uğur gətirəcəkdir. Sizə, bütün Azərbaycan xalqına möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik və firavanlıq diləyirəm", - təbrik məktubunda bildirilib.

Xəbər lenti

Xəbər lenti