Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir T.Hacıyev/
Bəzi müxalifət partiyalarını özündə cəmləşdirən İctimai Palata adlanan qurumun bazar günü Bakının "Nərimanov" kinoteatrının qarşısında keçirmək istədiyi qanunsuz mitinq cəhdi baş tutmayıb.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, saat 17:30 radələrində bir qrup müxalifətçi icazəsiz aksiya keçirmək istəyib.
Bakı şəhər İcra Hakimiyyəti aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib. İP-nin Koordinasiya Şurası isə iyunun 19-da "Nərimanov" kinoteatrının qarşısındakı meydanda razılaşdırılmamış aksiya keçirmək barədə qərar qəbul edib.
Polis icazəsiz aksiyanın qarşısını alıb.