...

Aİ ölkələri parlamentlərinin Xarici işlər komitələrinin rəhbərləri şərq qonşuları ilə əməkdaşlığı müzakirə edəcəklər

Siyasət Materials 5 Sentyabr 2011 11:49 (UTC +04:00)
Bu gün Polşa parlamentində ölkənin Aİ-yə sədrliyi çərçivəsində qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun iştirakı ilə Aİ ölkələri parlamentlərinin Xarici işlər komitələrinin rəhbərlərinin konfransı keçiriləcək.
Aİ ölkələri parlamentlərinin Xarici işlər komitələrinin rəhbərləri şərq qonşuları ilə əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Bu gün Polşa parlamentində ölkənin Aİ-yə sədrliyi çərçivəsində qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun iştirakı ilə Aİ ölkələri parlamentlərinin Xarici işlər komitələrinin rəhbərlərinin konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

Polşa Seyminin mətbuat xidmətinin məlumatına görə, "görüşdə məqsəd Avropa İttifaqının şərq və cənub qonşuları ilə əməkdaşlığının genişləndirilməsidir".

"Aİ-nin Avropada sabitliyə və demokratikliyə yönəlmiş "Şərq tərəfdaşlığı" çərçivəsində fəaliyyəti siyasi transformasiya prosesinin başladığı ölkələrin Avropa cəmiyyətləri ilə həmrəyliyinin ifadəsidir. Tərəfdaş ölkələrdə müasir dövlət strukturlarının qurulmasında demokratik islahatların irəliləməsi ilə tamamlanan əməkdaşlıq birləşmiş Avropanın fəaliyyətini möhkəmləndirəcək", - Polşa parlamentinin məlumatında deyilir.

Konfransın rəsmi açılışı dünən axşam Ketrin Eştonun şərəfinə təşkil edilmiş təntənəli naharla baş tutub. Parlamentdə işçi sessiyalar bu gün və sabah keçiriləcək.

Konfrans zamanı Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkənin Aİ-yə sədrliyi dövründə Aİ-nin xarici siyasətinin vəziyyətini təqdim edəcək. Avropanın şərq siyasəti kontekstində öhdəliklər barədə diskussiyaları Seymin xarici işlər üzrə sədri Ancey Xalitski aparacaq. Şimali Afrikadakı və Aİ üçün bu problemlə bağlı vəziyyəti Polşa Senatının spikeri Boqdan Boruseviç və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Maçey Popovski müzakirə edəcəklər.

"Şərq tərəfdaşlığı" Aİ-nin altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi yaxınlaşmasını nəzərdə tutur. Proqram Aİ-yə üzvlüyün mümkünlüyünü deyil, viza rejiminin sadələşdirilməsini, enerji sahəsində əməkdaşlığı, azad ticarət zonalarının yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti