...

Məcburi köçkünlərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək

Siyasət Materials 14 Sentyabr 2011 19:09 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.
Məcburi köçkünlərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti