...

İraqın təhlükəsizlik qüvvələri terrorizmlə mübarizə aparmalıdır – Baş nazir

Siyasət Materials 11 Oktyabr 2011 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə effektiv mübarizə aparmaq üçün mübarizəyə İraqın təhlükəsizlik qüvvələrinin cəlb edilməsi və xarici müdaxilədən qaçılması vacibdir. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu İraqın Baş naziri Nuri əl-Maliki bildirib.

Baş nazir İraqın təhlükəsizlik qüvvələrinin ölkənin şimalına cəmləşdirilməsini nəzərdə tutan plan təklif edib.

Əl-Malikinin sözlərinə görə, İraqda terrorizmlə mübarizənin digər üsulu PKK yaraqlılarının ölkə ərazisinə daxil olmasına yol verməməkdir.

Türkiyə SQ avqust-sentyabr aylarında PKK-nın bazalarının məhv edilməsi məqsədilə İrqaın şimalına onlarla aviazərbə endirib ki, nəticədə 300-dən artıq yaraqlı öldürülüb. Türkiyə ordusunun Baş qərargahı İraqın şimalında separatçıların fəaliyyətinin diqqətlə izlənməsini davam etdirəcək və yeni hədəflərin aşkar ediləcəyi halda hava əməliyyatları keçirəcək.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. PKK BMT və Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti