Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Mehdiyev/
"ABŞ-ın yüksək vəzifəli dövlət rəsmləri tam başa düşürlər ki, tezliklə Azərbaycana səfir təyin olunmalıdır".
Trend-in məlamatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq deyib. O bildirib ki, artıq ABŞ-ın dövlət katibi xanım Hillari Klinton və bir sıra yüksək vəzifəli dövlət rəsimləri bu öhdədiyi üzərinə götürüblər. Bunu nəzərə alaraq güman edirik ki, Azərbaycana yeni səfir təyin olunacaq.
Bu məsələ Münhendə ABŞ-ın dövlət Katibi xanım Hillari Klinton və Azərbaycan Prezidenti arasında keçirilən görüşdə müzakirə olunubmu sualına Adam Sterlinq bildirib ki, əslində bu özəl görüş olub.
"Bu barədə detalları qeyd etmək istəməzdim və amma onu qeyd etmək istəyirəm ki, Azərbaycan və ABŞ dövlət rəsimləri artıq səfir məsələsinin həlli ilə bağlı danşıqlar aparıb. ABŞ başa düşür ki, iki ölkə arasında əlaqələr daha da güclənməlidir. Artıq ABŞ öz üzərinə götürüb ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsində öz töhfəsini versin", - Sterling deyib.
ABŞ və Azərbaycan arasında Hökumətlərarası iqtisadi komissiyanın keçirilməsinin nə vaxt baş tutacağını da deyə bilməyəcəyini bildirən Adam Sterlinq vurğulayıb ki, hazırda iki ölkə rəsimləri bunun üzərində işləyir.
"Ümid edirəm ki, komissiyanın iclası bu il keçiriləcək", - amerikalı diplomat bildirib.