...

Müsəlman dünyasında Azərbaycanın rolu artır – ƏDL

Siyasət Materials 2 Mart 2012 17:03 (UTC +04:00)
Son bir neçə il ərzində ciddi iqtisadi və siyasi uğurlara nail olan Azərbaycan müsəlman dünyasında getdikcə daha fəal rol oynayan ölkəyə çevrilir.
Müsəlman dünyasında Azərbaycanın rolu artır – ƏDL

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir A.Tağıyeva/

Son bir neçə il ərzində ciddi iqtisadi və siyasi uğurlara nail olan Azərbaycan müsəlman dünyasında getdikcə daha fəal rol oynayan ölkəyə çevrilir. Bu barədə cümə günü Trend-ə Ərəb Dövlətləri Liqasının (ƏDL) Avropa departamentinin rəhbəri xanım Umniya Taha bildirib.

"Müsəlman aləmi ərəb dünyasının mühüm strateji tərəfdaş kimi baxdığı Azərbaycanın inkişafını qürurla izləyir", - Taha İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin beyin mərkəzlərinin "İƏT ölkələrində dəyişikliklər və transformasiya" mövzusunda III forumu zamanı bildirib.

Onun sözlərinə görə, müdrik xarici və daxili siyasəti sayəsində Azərbaycan regionda aparıcı mövqe tuta bilib. "Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda iştirakı buna parlaq nümunədir", - Taha deyib.

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin "İƏT ölkələrində dəyişikliklər və transformasiya" mövzusunda III forumu öz işinə başlayıb. Forum iki gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti