...

İlham Əliyev Çilinin keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri ilə görüşüb

Siyasət Materials 5 Mart 2012 19:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Çili Respublikasının keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqosla görüşüb.
İlham Əliyev Çilinin keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri ilə görüşüb

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Çili Respublikasının keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqosla görüşüb.

Dövlətimizin başçısı Rikardo Laqosun Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə təşkil etdikləri Yüksək səviyyəli II iqtisadi-siyasi Forumda iştirakının önəmini qeyd etdi.

Çili Respublikasının keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqos Forumun sessiyasında Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlı göstəricilərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd etdi.

Xəbər lenti

Xəbər lenti