...

Azərbaycan və ABŞ hərbi əməkdaşlığa dair 2013-cü il üçün iş planı lahiyəsini hazırlayıblar

Siyasət Materials 12 Aprel 2012 16:51 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında ikitərəfli hərbi əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilib.
Azərbaycan və ABŞ hərbi əməkdaşlığa dair 2013-cü il üçün iş planı lahiyəsini hazırlayıblar

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Bakı şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında ikitərəfli hərbi əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, konfrans zamanı cari il üzrə əməkdaşlığın gedişatı nəzərdən keçirilib, növbəti il üçün yeni əməkdaşlıq sahələri müəyyən edilib və 2013-cü il üçün iş planının lahiyəsi hazırlanıb.

Xəbər lenti

Xəbər lenti