...

BMT TŞ Konqo Demokratik Respublikasında sülhməramlılara hücumu pisləyib

Siyasət Materials 15 May 2012 10:18 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası Konqo Demokratik Respublikasında (KDR) beynəlxalq sülhyaratma missiyasına edilən hücumu pisləyib.
BMT TŞ Konqo Demokratik Respublikasında sülhməramlılara hücumu pisləyib

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Tariverdiyeva/

BMT Təhlükəsizlik Şurası Konqo Demokratik Respublikasında (KDR) beynəlxalq sülhyaratma missiyasına edilən hücumu pisləyib. Hücum nəticəsində bir neçə pakistanlı əsgər ciddi xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə TŞ sədri Aqşin Mehdiyevin BMT-nin rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

Təhlükəsizlik Şurasının üzvləri Bunyakiri və Cənubu Kivaya hücum nəticəsində yaralananlara, eləcə də Pakistan hökumətinə bu hadisədən təəssüfləndiyini bildirir. Onlar habelə Şimali və Cənubi Kivada təhlükəsizlik və humanitar vəziyyətin pisləşməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər. BMT TŞ KDR hökumətini sülhməramlılara hücumda günahkar olanları məsuliyyətə cəlb etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti