...

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazası gücləndirilir

Siyasət Materials 29 May 2012 18:29 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazası gücləndirilir

Azərbaycan, Bakı, 29 may /Trend/

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2 (iki) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə ayrılmış vəsaitin Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti