...

Azərbaycan TÜRKPA-nın plenar sessiyasında iştirak edəcək

Siyasət Materials 13 İyun 2012 11:53 (UTC +04:00)
Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sabah Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcək.
Azərbaycan TÜRKPA-nın plenar sessiyasında iştirak edəcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sabah Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcək.

Parlamentdən cümə günü Trend-ə verilən məlumata görə, səfərdə məqsəd TÜRKPA-nın iyunun 14-15-də Bişkek şəhərində keçiriləcək 3-cü plenar sessiyasında iştirak etməkdir. Spikerin səfər çərçivəsində bir sıra görüşləri də nəzərdə tutulub.

TÜRKPA-nın plenar sessiyasının işində Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyi, Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti