...

Moskvada "altılıq" ilə danışıqlarda tərəqqi şansları çox azdır - İran diplomat

Siyasət Materials 18 İyun 2012 13:49 (UTC +04:00)
Moskvada İran və "altılıq" ölkələri arasında danışıqlarında tərəqqiyə nail olmaq şansları hazırda çox azdır.
Moskvada "altılıq" ilə danışıqlarda tərəqqi şansları çox azdır - İran diplomat

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Moskvada İran və "altılıq" ölkələri arasında danışıqlarında tərəqqiyə nail olmaq şansları hazırda çox azdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi jurnalistlərə İran nümayəndə heyətinin üzvü bildirib.

"Hazırda Moskvada tərəqqiyə nail olmaq şansları çox az və minimumdur", - o deyib.

Onun sözlərinə görə, danışıqlarda İranın mövqeyini dəyişməsi üçün əsas yoxdur. "Bizim prinsiplərimiz var. Əgər "altılıq" təkliflərimizi qəbul etsə, o zaman biz onların təkliflərini qəbul etməyə hazırıq", - diplomat əlavə edib.

Moskva görüşünün iştirakçıları iki gün ərzində İranın nüvə probleminin həlli variantlarını müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti