...

Milli Olimpiya Komitəsi London Olimpiadasında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları üçün mükafatları müəyyən edib

Siyasət Materials 3 İyul 2012 20:09 (UTC +04:00)
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Milli Olimpiya Komitəsi London Olimpiadasında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları üçün mükafatları müəyyən edib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan idmançılarını və onların məşqçilərini XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

-birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
-ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat;
-üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat.

Xəbər lenti

Xəbər lenti