Azərbaycan, Bakı, 19 iyul /Trend müxbir M.Əliyev/
Milli Məclisin sədri Oqtay Əsədov cümə axşamı Böyük Britaniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kristofer Pinçerlə parlament diplomatiyası, siyasi, iqtisadi sahələrdə əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparıb.
Trend-in məlumatına görə, görüşdə Oqtay Əsədov bildirib ki, Azərbaycan Böyük Britaniya ilə əlaqələrin inkişafında maraqlıdır və Kristofer Pinçerin səfəri parlamentlərarası münasibələtlərin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq.
O qeyd edib ki, Milli Məclis beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.
Bakıya üçüncü səfərinin olduğunu deyən Böyük Britaniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kristofer Pinçer Azərbaycanda gedən sürətli inkişafdan, əldə olunan uğurlardan danışıb. Pinçer Azərbaycan parlamentinin beynəlxalq institutlarla əməkdaşlığını, həmin təşkilatlardakı fəaliyyətini yüksək qiymətləndirib.